"Xocalısız 25 il" mövzusunda rəsm - sərgi müsabiqəsi keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Xocalı soyqırımının iyirmi beşinci ildönümünün qeyd edilməsi ilə əlaqədar Tədbirlər Planına əsasən Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma vətənə sevgi, məhəbbət hisslərini aşılamaq, onlar arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə Bakı şəhəri ümumtəhsil və məktəbdənkənar müəssisələrinin şagirdləri arasında "Xocalısız 25 il" mövzusunda rəsm - sərgi müsabiqəsi keçirilir. Artıq məktəbimizdə müsabiqənin məktəb mərhələsinin keçirilməsinə start verilib, qalib şagirdlər müəyyənləşdirilib, onların rəsm işlərinin yaxın zamanda müsabiqənin şərtlərinə uyğun olaraq müsabiqənin şəhər mərhələsinə göndərilməsi nəzərdə tutulub, müsabiqədə iştirak edən digər şagirdlərin rəsm işlərindən, Xocalı faciəsini özündə əks etdirən fotolardan və kitablardan ibarət guşə yaradılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi