Məktəbimizdə "Uğur üçün Tədris" layihəsi çərçivəsində təlimlər davam edir

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və British Council Azərbaycan ilə birgə ümumtəhsil məktəblərində ingilis dili müəllimləri üçün "Uğur üçün Tədris" (Teaching for Success) layihəsi həyata keçirilir.09.01.2017-ci il tarixdən layihə çərçivəsində Dil Təkmilləşdirmə təlimlərinə start verilib.Layihənin keçirilməsində məqsəd ingilis dilində Danışıq Qabiliyyətinin Təkmilləşdirilməsidir.Layihədə iştirak edən hər kəs sonda Sertifikatla təmin olunacaq və 267 akademik saat (120 saat dil kursu üçün, 40 saat metodologiya , 40 saat praktik məşğələ) olmaqla 34 kredit hesablanacaqdır. Pirallahı rayon ümumtəhsil məktəblərinin ingilis dili müəllimləri üçün təlimlər məktəbimizdə təşkil edilib və uğurla davam edir.Təlimçi Nailə Bağırovadır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi