Şəhid ailələri ziyarət edilmişdir

    8 -14 noyabr 2023-cü il tarixilərində məktəb rəhbərliyinin  iştirakı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlər-baş leytenant, məktəbin 2010-cu il məzunu   Vüsal Babayev, əsgər ,məktəbin 2014-cü il məzunu Sarvan Mehralıyev ,əsgər,məktəbin 2018-ci il məzunu  Elmar Nəbiyev və antiterror əməliyyatının qəhrəman şəhidi, leytenant Tural Cahangirovun  ailələri ziyarət edilmişdir.

     Görüşlərdə şəhidlərimizin  əziz xatirəsi yad edilmiş, barələrində xoş təəsüratlar danışılmış, torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünərinin hər birimizə örnək olması və hər bir Azərbaycan vətəndaşının öz qəhrəmanlarını tanımalı olduğu bildirilmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi