İntellektual yarışda məktəbin komandası I yer qazanıb

 

06 noyabr 2023-cü il tarixdə, Pirallahı rayon Gənclər Mərkəzində Pirallahı rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin (BŞGİİ) Pirallahı rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 08 Noyabr - Zəfər Günü münasibətilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib.

Şagirdlərin intellektual səviyyə və komanda ruhlarını inkişaf etdirmək, həmçinin vətənpərvərlik ruhunda tərbiyə işinin aparılması və aşılanması məqsədilə keçirilən oyun rayon ərazisində fəaliyyət göstərən beş məktəbdən 25 şagirdin iştirakı ilə baş tutdu.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev oyundan öncə çıxış edərək şagirdlərə müvəffəqiyyət arzu etdilər. Bir neçə mərhələdə gedən oyundan sonra 186 №li tam orta məktəbin “Dəmir yumruq” komandası birinci yerə, Yavər Əliyev adına 235 №li tam orta məktəbin “Xarı bülbül” komandası ikinci yerə, 243 №li tam orta məktəbin “Qarabağ” klubu isə üçüncü yerə çıxdı. Qalib komandalar diplom, medal və hədiyyələrlə təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi