Qış tətilinin səmərəli təşkili

Uşaqların tətil vaxtlarının səmərəli təşkili olduqca vacib istiqamətlərdən biridir.Tətilin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixi sağlamlığı nöqteyi - nəzərindən böyük məna kəsb edir. Ailə və məktəb uşaqların tətil günləri və asudə vaxtlarının səmərəli təşkil olunmasına imkan daxilində şərait yaratmağa borcludur. Çünki uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünəməxsus yeri var. Tətil, istirahət və bayram günlərinin müxtəlif yerlərdə keçirilməsi uşaqlarda xoş təəssürat, gözəl əhvali - ruhiyyə yaradır. Uşaqlar bir - biri ilə fikir mübadiləsi edir, təəssüratlarını bölüşür, yeni məlumatlar əldə edirlər.Elə buna görə də məktəbimizdə uşaqların tətil günlərinin səmərəli təşkilinə xüsusi diqqət yetirilir, mütəmadi olaraq uşaqlar sinif rəhbərlərinin və valideynlərinin rəhbərliyi ilə gəzintilərə, əyləncə mərkəzlərinə gedirlər.Qış tətili günlərində də uşaqların tətili gözəl keçirmələri üçün gəzintilər təşkil edilmişdir.29 yanvar 2017-ci tarixində məktəbin bir qrup şagirdi müxtəlif yerlərə gəzintilərə gedib, Dövlət Opera və Balet teatrında rus xalq nağılı "Zoluşka" ya tamaş ediblər. Bütün bunlar onların yaddaşında xoş xatirə kimi qalıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi