2016-2017-ci tədris ilinin I yarımili ərzində pedaqoji heyətin müxtəlif təlim, kurs və konfranslara cəlb edilməsi

Məktəbin İllik Fəaliyyət Planına əsasən 2016-2017-ci tədris ilinin I yarımili ərzində məktəbin pedaqoji heyətinin davamlı peşəkar inkişafının təmin edilməsi, müəllimin məktəbdənkənar fəaliyyətdə iştirak səviyyəsinin yoxlanılması, müəyyənləşdirilməsi, mətbuatda qabaqcıl təcrübənin bölüşdürülməsi, İKT bacarıqlarının inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər həyata keçirilmiş, məktəbin pedaqoji heyəti müxtəlif təlim, kurs və konfranslara cəlb edilmişlər.Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəmilə Kələntərovanın "Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalının Bakı-2016 №3 buraxılışında " Nizami Gəncəvinin poemalarında məhəbbət motivləri" mövzusunda yazısı nəşr edilmiş, müəllim öz pedaqoji təcrübəsini həmkarları ilə paylaşmışdır.17-18 noyabr 2016-cı il tarixində Avropa Azərbaycan Məktəbinin Badamdarda yerləşən orta məktəb binasında Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) təşkilatçılığı ilə “Təlim keyfiyyətinin yüksəldilməsi” adlı beynəlxalq konfransda məktəbimizin müəllimləri - riyaziyyat müəllimi Aygün Babayeva, ibtidai sinif müəllimləri Həqiqət Nuriyeva və Təranə Cavanşirova iştirak etmiş, beynəlxalq dərəcəli sertifikatla mükafatlandırılmışlar.İbtidai sinif müəllimi Leyla Mustafayeva İbtidai sinif müəllimləri üçün "Peşəyə giriş" seminarında, Samirə Umudova isə "İbtidai sinifdə tədris:yeni yanaşmalar, innovasiyalar" mövzusunda elmi-təcrübi konfransda iştirak etmişdirlər.Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Təhsildə İnnovativ Texnologiyalar şirkətinin təşkilatçılığı ilə məktəbin bir qrup müəllim heyəti- Təranə Cavanşirova, Tamara Vəliyeva, Nəzirə Çeşmazər, Gülbəniz Quliyeva, Gülnar Əliyeva, Zenfira Saadova, Gülşən Babayeva, Regina Kaziyeva, Pərvanə Nağızadə, Radna Tacibova və Rumina Həbibullayeva "Tədris prosesində Promethan interaktiv texnologiyalardan istifadə" innovasiyalar üzrə təlim kursundan müəvəffəqiyyətlə keçmiş, sertifikat qazanmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi