"Təbiət fənləri" üzrə divar qəzetləri hazırlanıb

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində müxtəlif Ekoloji layihələrin həyata keçirilməsi planlaşdırılmışdır.Keçirilməsi nəzərdə tutulan layihələrdən biri də “Ekoloji aylıqlar” layihəsidir.Yanvar ayı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində “ Ekologiya və iqtisadiyyat” aylığıdır. “ Ekologiya və iqtisadiyyat” aylığı çərçivəsində məktəbdə müxtəlif adda tədbirlər keçirilib.Artıq 2015-ci ildən məktəbimizdə məktəbin ibtidai sinif müəllimi Həqiqət Nuriyevanın ideyası ilə “Kağızı ağaca çevirək!” devizi altında müxtəlif aksiyalar həyata keçirilir, “Ekologiya və iqtisadiyyat” aylığı çərçivəsində də bu aksiyalar davam etdirilmiş, aksiyalardan əldə edilən gəlirlərə ağac və bitki kollarının alınaraq məktəbin hətəyanı sahəsində əkilməsi nəzərdə tutulur.“Ekoloji aylıqlar” layihəsi çərçivəsində "Təbiət fənləri" üzrə divar qəzetləri hazırlanıb və nümayiş etdirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi