Pirallahıda növbəti idman yarışı keçirilib

23 yanvar 2017-ci il tarixdə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş Koşiki Karate üzrə turnir keçirilib. Tədbirdə Azərbaycanın Milli Qəhrəmanları Vahid Quliyev və Bəxtiyar Allahverdiyev, Pirallahı Rayon İcra Hakimiyyətinin məsul işçisi Elturan Həşimov, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Məktəbimizin şagirdləri də yarış zamanı uğurlu çıxışlar nümayiş etdirərək diplomla təltif ediliblər.Belə ki, məktəbin 5 a sinif şagirdi Hüseynov Kənan və 6 a sinif şagirdi Hətəmli Pənah I yerə, 5 a sinif şagirdi Fərəcov Yusif isə III yerə layiq görülüblər.Məktəb kollektivi adından şagirdlərimizi təbrik edir, uğurlarının davamını arzulayıram.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi