"Məktəb icması"nın iclası keçirilib

25 yanvar 2017-ci il tarixində məktəbdə "2016-2017-ci tədris ilinin I yarımilinin yekunu və qarşıda duran vəzifələr" mövzusunda "Məktəb icması"nın iclası keçirilib.İclasda məktəbin direktoru Arif Xankişiyev, tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova, "Məktəb icması"nın sədri və üzvləri, sinif rəhbərləri iştirak edib.Giriş sözü ilə iclası açıq elan edən məktəbin direktoru Arif Xankişiyev valideynləri və müəllimləri salamlayaraq 2016-2017-ci tədris ilinin I yarımilin sonunu uğurla başa vurduqları üçün sinif rəhbərlərini və valideynləri təbrik edərək, məktəblə daim sıx əlaqə yaratmaqlarını tövsiyə etdi. .Sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova I yarımildə qazanılan uğurlardan, fənn gecələrindən, sinifdənxaric tədbirlərdən , bilik yarışı və müsabiqələrdən , buraxılış siniflərdə keçirilən monitorinqlərdən, gəzintivə ekskursiyalardan danışaraq valideynləri məlumatlandırdı, bütün görülən işlərin təşkilində köməklik göstərdikləri üçün onlara öz təşəkkürünü bildirdi.Yarım il ərzində görülmüş işlərə aid şəkilləri slaydlar vasitəsilə valideynlərə nümayiş etdirdi.O, qeyd etdi ki, 13 yanvar 2017-ci il tarixdə “Məktəb icmaları” layihəsi çərçivəsində məktəb direktorları və məktəb icma sədrləri ilə görüş keçirilib.Həcər Ramazanova görüşün mahiyyətini iclas iştirakçılarının nəzərinə çatdırdı.O, qeyd etdi ki, Bakı şəhərindəki 276 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, “Məktəb icmaları” layihəsinin əməkdaşları, layihəyə ilk qoşulan 80 ümumi təhsil məktəbinin direktoru və məktəb icma sədrləri (valideynlər) iştirak ediblər.Tədbirdə “Məktəb icmaları” layihəsi haqqında geniş məlumat verilib. Qeyd olunub ki, məktəb icması – məktəb həyatını birlikdə daha maraqlı etmək üçün yaradılmış müəllim, valideyn və şagird birliyidir. “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icmasına icma sədri və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir.Görüşdə “Məktəb icmaları” layihəsinə qoşulmuş məktəblərin təcrübəsindən və icma qurumlarının fəaliyyətinin müsbət nəticələrindən bəhs edilib. Bildirilib ki, icmaların təşkil edildiyi məktəblərdə valideynlər övladlarının təhsili ilə yaxından tanış olmaq imkanı qazanır və bu prosesdə fəal iştirakçıya çevrilir. Şagirdlər isə müstəqil şəkildə araşdırmalar, mülahizələr edir, fərdi və yaşıdları ilə birgə komandada işləmək bacarığı qazanır, əylənir və öyrənir. Həmçinin, şagirdlər layihələrin həyata keçirilməsi prosesində yaxından iştirak edir və birgə qərar qəbuletmə bacarıqlarına yiyələnirlər. Müəllimlər isə öyrətməklə kifayətlənməyərək şagirdlərə və valideynlərə lazımi pedaqoji, texniki və mənəvi dəstək göstərir, bələdçilik edir.Tədbirdə “Məktəb icmaları” layihəsinin daha da genişləndirilməsi, icma özünüidarəetmə strukturunun daha səmərəli təşkili və valideynlərlə əməkdaşlığın genişləndirilməsi haqqında tövsiyələr verildiyini bildirib. Sonda cari məsələlər müzakirə edildi, valideynlərin sualları cavablandırıldı və maraqlı təkliflər irəli sürüldü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi