3 b sinfinin təbiətə, güllərə, çiçəklərə olan sevgisi

Heç bir şey, hətta musiqi belə insanı təbiət qədər sakitləşdirə bilməz. Xüsusən də, yaşıllıq insana xüsusi rahatlıq və zövq verir. Təsadüfi deyil ki, psixoloqlar da yaşıllığın insanı sakitləşdirdiyini və əsəblərə yaxşı təsir göstərdiyini deyir. Təbiətin bizə bəxş etdiyi ən böyük nemətlərdən biri güllər, çiçəklərdir. Qədimdən bəri gül sevgi və firavanlıq simvolu sayılır. Güllər əsrlər boyu rəssam ve şairlərin diqqətini çəkib, insana yaradıcılığının bütün sahələrində ilham verib. Təbiətlə ünisiyyətdə olmaq ve güllərə quluq etmək isə onlara baxmaqdan daha çox zövq verir. Güllərə qulluq etmək üçün səbir ve zəhmət tələb olunur. Həmçinin güllər hər bir insana xoşbəxtlik və sevinc gətirir. Yəni, onların insan aurasına təsiri yüksəkdir. Məktəbin 3 b sinfinin sinif müəllimi Quliyeva Gülbəniz də şagirdlərində təbiətə, güllərə, çiçəklərə sevgi hissi aşılayır, şagirdlər sinif otaqlarında müxtəlif otaq bikiləri əkir və onlara lazımi qulluq edirlər.Şagirdlər bütün bunları müəllimlərinin rəhbərliyi ilə böyük sevinc, səbirlə edirlər. Onlar güllərə qulluq etməkdən zövq alırlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi