Oxumaq , oxumaq beşikdən qəbrə qədər oxumaq!

Məhəmməd peyğəmbər deyirdi :" Oxumaq , oxumaq beşikdən qəbrə qədər oxumaq!" Bəli , hər an oxumaq , həmişə oxumaq.Bunun üçün mütəmadi olaraq mütaliə etmək , dünyagörüşü inkişaf etdirmək lazımdır.Sagirdlərdə intellektual biliyi inkişaf etdirmək məqsədilə məktəbimizdə tez-tez intellektual yarışlar təşkil olunur.Növbəti İntellektual yarış 05 may 2015-ci il tarixdə məktəbin akt zalında keçirildi .Yarış Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və 26 aprel "Bilik yarışı günü"nə həsr edilmişdir. Yarışı məktəbin psixoloqu Əlyeva Elimnaz , ingilis dili müəllimi Məquzər Quliyeva və riyaziyyat müəllimi Aygün Babayeva təşkil etmişlər.Yarışda 7-8-ci sinif şagirdlərindən ibarət 2 komanada - "Günəş" və "Səma" komandaları iştirak edirdi. 5-i məntiqi olmaqla komandalara 35 sual ünvanlandı.Ümumi nəticəyə görə "Səma "komandası qalib oldu. Qalib komandanı məktəbin kollektivi adından təbrik edir , uğurlarının davamını arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi