“Azadlıq carçıları” adlı anım mərasimi keçirilib

O qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. 19 yanvar 2017-ci il tarixində Bakı şəhəri , 186 №-li tam orta məktəbin akt zalında Azərbaycanın azadlığı uğrunda canlarını qurban verən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Azadlıq carçıları” adlı anım mərasimi keçirilib. Anım mərasimində məktəb rəhbərliyi ,müəllimlər, valideynlər və şagirdlər iştirak etmiş , şagirdlər Qanlı Yanvar hadisələrinə həsr edilmiş şeirlər , bayatılar , mahnılar söyləmiş , ədəbi-bədii kompazisiyalar nümayiş etdirmişlər.Sonda 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş etdirlib.Şagirdlərimiz Pirallahı Rayon İcra Hakimiyyətinin təşkil etdiyi anım mərasimində də fəal iştirak ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi