"Ekoloji aylıqlar" layihəsi çərçivəsində " Təbiət və kompüter" mövzusunda tədbir keçirilib

2016-2107-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini "Təhsili Dəyərə Çevirək" devizi adı altında həyata keçirir.Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də "Ekologiya və Sağlamlıq" dır. İstiqamətin seçilməsində əsas məqsəd şagirdlərdə ekoloji tərbiyəni formalaşdırmaq, onlarda təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onun sərvətlərindən düzgün istifadə etməyi öyrətmək, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq , onlarda ekoloji mədəniyyətin tərbiyə edilməsindən ibarətdir.Bu məqsədlə, 16 yanvar 2017-ci il tarixdə məktəbin X b sinif şagirdi Musayeva Günelin təqdimatında " Təbiət və kompüter" mövzusunda tədbir keçirilib.Tədbirdə məktəbin direktoru Arif Xankişiyev, direktor müavinləri Dilarə Quliyeva, Həcər Ramazanova, informatika müəllimi Sevinc Məmmədova və X sinif şagirdləri iştirak edib.Tədbirdə iştirak edənlər öz çıxışlarında təbiətin insan zəkasından asılı olmayaraq öz-özünü tənzimləyən obyektiv varlıq olduğunu, insanın təbiətin bir hissəsi, onun ali üzvü olduğunu şagirdlərin diqqətinə çatdırmış, yenilənən texnologiyalar köhnələrinin tullantıya çevrilməsinə səbəb olduğunu və bu səbəbdən də təbiətin çirkləndiyini bildirmiş, hər kəsə təbiəti sevməyi, qorumağı tövsiyə etmişlər.Şagirdlərə mart ayının sonuna qədər ayrı-ayrılıqda bir dibçəkdə gülə qulluq edib bəsləmək tapşırılmış, qeyd edilmişdir ki, sonda ən yaxşı 3 dibçək gülünün sahibi mükafatlandırılacaqlar. Tədbirin sonunda şagirdlərə "Gəlin birlikdə araşdıraq:" devizi altında suallar ünvanlanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi