20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir

Məktəbdə 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün qeyd edilməsi ilə əlaqədar tədbirlər planı tərtib və təsdiq edilmiş, məktəb rəhbərliyinə , sinif rəhbərləri və bütün pedaqoji heyətə tədbirlər planının həyata keçirilməsini təmin etmək tapşırılmış ,bütün işlərə nəzarət tərbiyə işləri üzrə direktor müavini H.R.Ramazanovaya həvalə edilmişdir. Fəaliyyət Planına uyğun olaraq məktəbdə yanvarın 19 –da məktəb üzrə ilk dərs saatlarının Qanlı Yanvar faciəsinə həsr edilməsi, müxtəlif tədbirlərin , müsabiqə və yarışların, müharibə veteranları və əlillərlə görüşlərin, Şəhidlər Xiyabanına ziyarətlərin təşkil olunması nəzərdə tutulmuşdur.Fəaliyyət Planına əsasən 12 yanvar 2017-ci il tarixdə tərbiyə işləri üzrə direktor müavini H.R.Ramazanova və kitabxana müdiri Zəminə Quliyevanın təşkilatçılığı ilə "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda inşa yazı müsabiqəsi keçirilib.Müsabiqədə 6-7-ci sinif şagirdləri iştirak edib, fərqlənən şagirdlər 19 yanvar 2017-ci il tarixdə keçiriləcək " Azadlıq carçıları" adlı tədbirdə fəxri fərmanla təltif ediləcəklər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi