Məktəb direktorları, direktor müavinləri və məktəb icma sədrləri ilə görüş keçirilib

Bakı şəhərindəki 276 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, “Məktəb icmaları” layihəsinin əməkdaşları, layihəyə ilk qoşulan 80 ümumi təhsil məktəbinin direktoru və ya direktor müavini, məktəb icma sədrləri (valideynlər) iştirak ediblər.Görüşdə məktəbin tərbiyə işləri üzrə direktor müavin Həcər Ramazanova və "Məktəb icması" nın sədri Töhvə Abbasova da iştirak edib.Görüş zamanı məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova məktəbdə valideynlərin dəstəyi və təşkilatçılığı ilə həyata keçirilən layihələrdən, uşaqların məktəbdənkənar fəaliyyətinin, asudə vaxtlarının təşkil edilməsində "Məktəb icması" nın rolundan danışaraq, öz təcrübələrini görüş iştirakçıları ilə paylaşmışdır.Tədbirdə “Məktəb icmaları” layihəsinin daha da genişləndirilməsi, icma özünüidarəetmə strukturunun daha səmərəli təşkili və valideynlərlə əməkdaşlığın genişləndirilməsi haqqında tövsiyələr verilib.Biz də məktəb rəhbərliyi olaraq məktəbin bütün valideynlərindən məktəblə sıx əlaqədə olmağı, "Məktəb icması" nın fəaliyyətini inkişaf etdirməyi, görülən işlərin, tədbirlərin üzvü olduqları Community.az saytında paylaşmaqlarını xahiş edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi