Məktəbdənkənar fəaliyyət

Pirallahı rayonunda ümumtəhsil orta məktəblərlə bərabər, həm də məktəbdənkənar müəssisələr də fəaliyyət göstərir.Uşaqların məktəbdən sonrakı asudə vaxtlarının düzgün təşkil edilməsində bu müəssisələrin də rolu böyükdür.Biz də məktəb kollektivi olaraq rayonumuzda fəaliyyət göstərən Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzi, 29 saylı Uşaq Yradıcılıq Mərkəzi və 14 saylı Musiqi məktəbi ilə sıx əlaqədə olur, mütəmadi olaraq əməkdaşlıq edirik.Bu əməkdaşlıq uşaqların dünyagörüşünün inkişafında, mütaliə mədəniyyətinin formalaşmasında, dostluq, əməkdaşlıq əlaqələrinin qurulmasında böyük rol oynayır.Belə ki, istər fərdi , istərsə də kollektiv şəkildə məktəbin rəhbərlik, müəllim heyəti və şagirdlər məktəbdənkənar müəssisələrin təşkil etdiyi müsabiqə, yarış və tədbirlərdə fəal iştirak edir, həmin müəssisələr tərəfindən fəxri fərmanlarla təltif edilirlər.Biz çalışacağıq ki, gələcəkdə də bu əlaqələri davam etdirək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi