"Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" in gəlişi münasibətilə bayram tədbiri keçirilib

Məktəbimizdə 21 dekabr 2016-cı il tarixdən "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" in gəlişi münasibətilə bayram tədbirlərinə start verildi.Bayram tədbirlərində məktəb rəhbərliyi, müəllimlər, valideynlər iştirak etdi.Belə ki, həm ayrı-ayrılıqda siniflər üzrə , həm də ümumməktəb tədbirində məktəblilərin hazırladıqları bir-birindən maraqlı səhnəciklər, söylədikləri şeirlər, mahnılar, oynadıqları oyunlar , viktorinalar və Yeni ilin simvolları olan Şaxta baba və Qar qızın gəlişi keçirilən tədbirlərə xüsusi rəng qatdı.Tədbirlərdə çıxış edən məktəbin direktoru Arif Xankişiyev 2016-cı ildə məktəbin uğurlarından danışdı və hər kəsi "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" in gəlişi münasibətilə təbrik edərək gələcək işlərində uğurlar arzuladı.Yekun ümumməktəb tədbirində məktəbin Həmkarlar Komitəsinin sədri Bəsirə Babayeva məktəb kollektivini təbrik etdi, pedaqoji və texniki heyətin bir-neçə üzvünü fəxri fərmanla mükafatlandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi