Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə açıq dərslər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı, Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 11-ci siniflərdə təhsil alan şagirdlərə Ümummilli Liderin zəngin irsinin öyrənilməsi məqsədilə açıq dərslər keçirilir. Növbəti açıq dərs 16 dekabr 2016-cı il tarixdə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin lektoriya zalında baş tutdu. Açıq dərsdə məktəbin direktoru Arif Xankişiyev , 11 a sinfinin sinif rəhbəri Əsli İsgəndərova ,11 b sinfinin sinif rəhbəri Yaqub Hüseynov və 11 a və 11 b sinif şagirdləri iştirak etdilər. Məruzəçi 168 nömrəli tam orta məktəbin tarix müəllimi Səkinə Sadıxova çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə imzaladığı “Azərbaycanlılarının soyqırımı haqqında” fərmanla azərbaycanlılara qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş soyqırım cinayətlərinə, o cümlədən Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verildi. Fərmanda haqlı olaraq dünya ictimaiyyətinə çatdırıldı ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülüb, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Diqqətə çatdırıldı ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir və soyqırımlar haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün lazımi tədbirlər görülür. Tədbirin sonunda iştirakçılara ulu öndərin həyatından bəhs edən videoçarx nümayiş olundu və gənclərin sualları cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi