“Milli-Mənəvi İrsimiz-Bizim Tariximizdir!”

25 aprel 2015-ci il tarixdə 29 saylı Uşaq Yaradıcılıq Mərkəzində Pirallahı rayon məktəbliləri arasında “Milli-Mənəvi İrsimiz-Bizim Tariximizdir!” diyarşünaslıq olimpiadasının rayon mərhələsi keçirildi.Gələcək nəsildə tairximizə , milli-mənəvi dəyərlərimizə , milli adət-ənənələrimizə , folklorumuza , incəsənətimizə sevgi , maraq hissi aşılamaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan olimpiadanın rayon mərhələsində Pirallahı rayonunda fəaliyyət göstərən 231 , 168 , 235 , 243 və 186 №-li tam orta məktəblərin IX , X , XI sinif şagirdləri iştirak etmişlər.Olimpiadanın rayon mərhələsinin qalibi məktəbimizin komandası olmuşdur.I yer tutduğuna görə məktəbimizin komandasının üzvləri - XI a sinif şagirdi Əsgərov Şahin İlham oğlu , X b sinif şagirdi Fərruxova Nazxanım Rövşən qızı , IX b sinif şagirdi Baxşəliyeva Nigar İlham 29 saylı Uşaq Yaradıcılıq Mərkəzinin direktor əvəzi Sevda xanım Bəşirova tərəfindən fəxri fərmanla təltif edilmişlər.Məktəbimizin komandasına olimpiadanın şəhər mərhələsində uğurlar arzulayırıq.İnşallah rayonumuzu layiqincə təmsil edərlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi