Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və məktəbin əlaçı şagirdləri iştirak edib. Tədbirdə ilk öncə ulu öndərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Məktəbin direktoru Arif Xankişiyev ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib."Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o zaman daha xoşbəxt olur ki, həmin siyasi kurs uğurla davam etdirilir" fikrini hər dəfə səsləndirdiyini xatırladan direktor bu baxımdan Azərbaycan xalqının həqiqətən də xoşbəxt olduğunu qeyd edib.Sonra şagirdlər ulu öndərin anım gününə həsr edilmiş şeirlər söyləyib, Heydər Əliyevin gələcək nəsillərə nümunə olacaq kəlamlarından nümunələr qeyd ediblər.Tədbirin sonunda Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi