MÜTALİƏ BİZİ MƏQSƏDİMİZƏ APARAN VASİTƏDİR

Sokrat mütaliənin cəmiyyətin həyatındakı önəmi barədə deyirdi: " Mütaliə hər bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar" Mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları kompleks xarakter daşıyır. Bir-biri ilə qırılmaz surətdə bağlı olan bu proseslər mütaliənin nəticəsi olaraq cəmiyyət tərəfindən formalaşmış biliklərin mənimsənilməsi (tədris), bu biliklər sisteminin yaradılması (təhsil) və şəxsiyyətin inkişafı gedişinin idarə edilməsi (tərbiyə) kimi ifadə edilir. Mütaliə uşaqların dərs həyatındakı müvəffəqiyyəti gücləndirən başlıca amillərdəndir. O, məlumat-axtarış və idrakı fəaliyyət növü kimi insanın inkişafında, təhsilində və tərbiyəsində xüsusi yer tutur. Heç də təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Təhsil Naziri cənab M.Cabbarov müsahibələrinin birində təhsilin səviyyəsinin və müəllim nüfuzunun yüksəldilməsi ilə əlaqədar demişdir “...Cəmiyyət çoxlu mütaliə etməli, uşaqlara oxumağı öyrətməlidir...” Hamımız bilirik ki, yeni texnologiyların inkişafı mütaliəyə marağı azaldır, lakin bütün bunlara baxmayaraq məktəbin 7 b sinif şagirdlərinin gündən-günə mütaliəyə olan maraqları daha da artır, onlar mütəmadi olaraq məktəb kitabxanası ilə əlaqə saxlayır, Azərbaycan və dünya ədəbiyyatından əsərləri oxuyur və bəzən oxuduqları əsərləri səhnələşdirirlər. 7 b sinif şagirdləri həm də məktəbdənkənar və sinifdənxaric tədbirlərdə, müsabiqə və yarışlarda fəal iştirak edir, uğurlar qazanırlar.Biz də məktəb kollektivi olaraq şagirdlərdə mütaliəyə maraq hissi aşıladıqları üçün 7 b sinfinin ibtidai sinif müəllimi Gülbəniz Quliyevaya və Azərbaycan dili və ədəbiyyatı müəllimi Mehriban Dünyamalıyevaya təşəkkürümüzü bildirir, uşaqlara gələcək dərslərində müvəffəqiyyətlər arzulayır, uğular diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi