III a sinif şagirdlərinin mütaliəyə münasibəti

“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə qabiliyyətinin inkişaf etdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması “ ilə bağlı məktəbdə silsilə tədbirlər davam etdirilir.Növbəti tədbir 21 aprel 2015-ci il tarixdə məktəbin III a sinif şagirdlərinin ifasında bir-birindən maraqlı nağılların səhnələşdirilməsi ilə baş tutdu.Sinif müəllimi Nuriyeva Həqiqət və sinif valideynlərinin birgə əməyi nəticəsində şagirdlər bir neçə nağıldan parçalar nümayiş etdirdilər.Şagirdlərin ifasında nümayiş olunan parçalar tədbir iştirakçılarında xoş təəssürat yaratdı. Tədbirdə çıxış edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova qeyd etdi ki , III a sinif şagirdləri təhsil aldıqları üç il müddətində istər sinifdənxaric , istərsə də məktəbdənkənar tədbirlərdə fəal iştirak etmişlər.O , buna görə III a sinfinin sinif müəllimi Həqiqət müəlliməyə , valideynlərə və şagirdlərə öz minnətdarlığını bildirərək uğurlarının davamını arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi