“Şimali Kipr Türk Respublikası Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçirilib

Bakı Şəhər Xətai Sənət Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin, Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə “Şimali Kipr Türk Respublikası Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçirilib.Tədbirdə Şimali Kipr Türk Respublikasının ölkəmizdəki nümayəndəsi xanım Ufuq Turganer çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Bakıda Şimali Kipr Respublikasının yaradılmasının 33-cü ildönümü münasibətilə təşkil olunmuş sərgini olduqca yüksək qiymətləndirib. Bildirilib ki, Azərbaycan uşaqlarının gözü ilə Şimali Kipri görmək çox təsirli olmaqla yanaşı, həm də çox sevindiricidir: Sərgidə 5 yaşından başlayaraq daha yuxarı yaşda uşaqların təsəvvürlərindəki Şimali Kipri görmək çox qürurverici haldır. Daha sonra sərgidə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Milli Məclisin deputatı Qənirə Paşayeva, “Türkiyə universitetləri məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək belə tədbirlərin təşkilini yüksək qiymətləndirərək balaca fırça ustalarına təşəkkürlərini bildiriblər. Qeyd edilib ki, sərginin təşkil olunması balaca fırça ustalarının Şimali Kipr türklərinin adət-ənənəsi, tarixi, mədəniyyəti,mətbəxi, həyat tərzi və geyim mədəniyyətlərini fırça vasitəsilə canlandırmaq məqsədi daşıyır.Daha sonra qonaqlar sərgi ilə tanış olublar.Sonda 100-dən çox balaca fırça ustasına müxtəlif xatirə hədiyyəsi və diplomlar təqdim edilib.Sərgidə məktəbimizin 4 a sinif şagirdi Hünbətova Aysel Əliheydər qızının rəsm əsəri də nümayiş etdirilib.Balaca Ayseli məktəbin bütün kollektivi adından təbrik edirəm.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi