"Pis vərdişlərə son"

Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, pis vərdişlərə qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədilə 24.11.2016-cı il tarixdə məktəbin psixoloqu Şəfa Bilandarlinin təşkilatçılığı ilə "Pis vərdişlərə son " və "Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntuları" mövzularında tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və 7-8-ci sinif şagirdləri iştirak etdilər. Məktəbin akt zalında təşkil olunan tədbirdə məktəblilərə zərərli vərdişlərin zərərləri haqqında ətraflı məlumat verildi.Çıxış edənlər siqaret, alkoqollu içki və narkotiklərin istifadəsi zamanı insan orqanizminə vurduğu zərərli təsirlər, onun törətdiyi ağır fəsadlar, narkomanların erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər haqqında tədbir iştirakçılarını maarifləndirdilər. Mövzuya dair nümayiş etdirilən videoçarxdan sonra məktəbliləri maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi