“Təlim keyfiyyətinin yüksəldilməsi” adlı beynəlxalq konfrans keçirilib

17-18 noyabr 2016-cı il tarixində Avropa Azərbaycan Məktəbinin Badamdarda yerləşən orta məktəb binasında Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) təşkilatçılığı ilə “Təlim keyfiyyətinin yüksəldilməsi” adlı beynəlxalq konfrans keçirilib.Konfransda məktəblər, məktəb liderləri və müəllimlərin şagirdlərin təlim nailiyyətlərini yüksəltmək istiqamətində görə biləcəyi işlər öz əksini tapmış, iki tanınmış beynəlxalq məruzəçi - Bill Martin (ABŞ) və Debra Mastersi (Yeni Zellandiya) məruzə etmişlər. Bill və Debra konfrans iştirakçılarını beynəlxalq tədqiqatın işığında öz sinif təcrübələri ətrafında düşünməyə ruhlandırmış, müəllim və məktəblərin şagird nailiyyətindəki əhəmiyyətli roluna dair nümunələr təqdim etmişlər.Əsas məruzəçilərlə yanaşı yüksək təcrübəli beynəlxalq və yerli müəllimlər də bölmə iclaslarında təqdimatlar etmişlər.Konfransda tanınmış təhsil ekspertləri peşəkar inkişaf təcrübələrini bölüşmüş, bundan əlavə ətraf regionlardakı müxtəlif məktəblərdən gələn müəllimlər bir-biri ilə görüşmüş, ünsiyyət qurmuş və ən yaxşı təcrübələrini paylaşmaları üçün imkan yaradılmışdır.Konfransda məktəbimizin müəllimləri - riyaziyyat müəllimi Aygün Babayeva, ibtidai sinif müəllimləri Həqiqət Nuriyeva və Təranə Cavanşirova iştirak etmiş, beynəlxalq dərəcəli sertifikatla mükafatlandırılmışlar.Məktəb kollektivi adından müəllimlərimizin hər birini təbrik edir, uğurlarının davamını arzulayıram.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi