Kitabxanada "İnkişafa gedən yol", "Xalqın keşiyində" adlı mövzular üzrə dəyirmi masa keçirildi

Azərbaycanın müstəqilliyini qoruyub saxlayan və müasir Azərbaycan dövlətinin memarı olan Ümummilli Lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti müstəqillik keşikçisi olan hər bir gənc üçün məktəb olmalıdır. Çünki bu məktəb səbrin, qətiyyətin, dəmir iradənin, zəkanın məktəbidir. Dövlətini və Vətənini sevən hər bir gənc Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafinda sıx birləşməli, ölkənin müstəqilliyinin, suverenliyinin, sabitliyinin keşiyində möhkəm dayanmalıdır.Elə bu məqsədlə də 14-15 noyabr 2016-cı il tarixlərində məktəb kitabxanasında kitabxana müdiri Zəminə Quliyevanın təşkilatçılığı ilə "İnkişafa gedən yol", "Xalqın keşiyində" adlı mövzular üzrə söhbətlər, müzakirə və debat keçirildi.Söhbətlər zamanı 5-7-ci sinif şagirdləri yazdıqları esseləri oxudular, sərbəst şəkildə müzakirələr apardılar.Müzakirələr zamanı şagirdlərin aktivliyi müşahidə edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi