Qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 23 dekabr tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020 –ci illər üçün Strategiya” nın icrası üzrə əsas fəaliyyət istiqamətlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilmiş və həmin Tədbirlər Planına əsasən 15 noyabr 2016-cı il tarixində məktəbdə maarifləndirici tədbir keçirilmişdir.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, məktəbin tibb bacısı Marina Lipina, 10 saylı BŞX-nin həkimi Ülviyyə Allahverdiyeva , 8-9-cu sinif şagirdləri iştirak etdilər.Tədbir zamanı beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan və hazırda müzakirə mərhələsində olan strategiya layihəsi haqqında və layihədə qeyd olunan , ölkədə ən çox yayılmış 4 qrup qeyri-infeksion xəstəliklər barəsində ətraflı məlumatlar verildi, müəllimləri və uşaqları maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi