Narkomaniyaya yox deyək!

Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur,həyata siyasi proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranllı dövründə narkomanlıq artır,sosial munasibətlərə mənfi təsir göstərir.Gəncləri bu kimi pis vərdişlərdən uzaqlaşdırmaq , onları məlumatlandırmaq məqsədilə Pirallahı rayonunda silsilə tədbirlər keçirilir.Belə tədbirlərdən biri də aprel ayının 14-də 186 nömrəli tam orta məktəbdə keçirilmişdir.“Narkomaniya yox deyək” mövzusunda keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin , Pirallahı Rayon Polis Şöbəsinin nümayəndələri, məktəbin müəllim heyəti və məktəblilər iştirak etdilər.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arif Xankişiyev qonaqları salamlayaraq pis vərdişlərin acı sonundan danışdı və belə bir tədbirin məktəbimizdə də təşkil edildiyi üçün Pirallahı Rayon İcra Hakimiyyətinə və Pirallahı Rayon Polis Şöbəsinə məktəbin kollektivi adından dərin minnətdarlığını bildirdi. Pirallahı Rayon Polis Şöbəsinin rəisi İsfəndiyar Mehbalıyev öz çıxışında qeyd etdi ki, Azərbaycanda bu problemin həlli istiqamətində ardıcıl və genişmiqyaslı işlər həyata keçirilir. Bildirdi ki, bizim ümummilli liderimiz Heydər Əliyev norkamaniyaya qarşı mübarizə işini dövlət səviyyəsinə qaldıraraq, 1996-ci ildə Dövlət Komissiyası yaratmışdır. Bu gün Ulu öndər Heydər Əliyev kursunu onun layiqli davamçısı cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab Prezident narkomaniya ilə mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə sayca dördüncü olan müvafiq Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etdi. Pirallahı Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Nəcəf Qurbanov öz çıxışında bildirdi ki, narkomaniya xəstəliyinin bütün insanları cənginə almaması üçün beynəlxalq təcrübədə əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün, səmərəli aparılması çox vacibdir. Tədbirdə çıxış edənlər narkomaniyaya qarşı mübarizədən, onun qanunsuz dövriyyəsinin qarşısının alınmasından, orta məktəb şagirdlərinin maarifləndirilməsi işinin təkmilləşdirilməsindən ətraflı danışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi