"Bayrağımız qürur mənbəyimizdir!" adlı tədbir keçirilib

08 noyabr 2016-cı il tarixdə 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə kitabxana müdiri Zəminə Quliyevanın təşkilatçılığı ilə 6-7-ci sinif şagirdləri arasında inşa yazı və rəsm müsabiqələri, ingilis dili müəllimi, 5 a sinfinin sinif rəhbəri Məquzər Quliyevanın təşkilatçılığı ilə "Bayrağımız qürur mənbəyimizdir!" adlı tədbir keçirilib.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.Məktəb direktoru Arif Xankişiyev tədbir iştirakçılarını salamlayaraq çıxışında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adından, həm də məktəbin müəllim və şagird kollektivi adından dərin minnətdarlığını bildirdi və yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı, Azərbaycan bayrağını daim yüksəklərə qaldıra biləcək gənclər yetişdirəcəklərinə söz verdi.Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun salamlarını və bayram təbriklərini pedaqoji kollektivin üzvlərinə və şagirdlərə çatdırdılar, tədbirdə zəhməti keçən hər kəsə təşəkkürlərini bildirdilər.Tədbirdə çıxış edən məktəb şagirdləri dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, öz bayram sevinclərini oxuduqları mahnılar, ifa etdikləri rəqslər və səhnəciklər, söylədikləri şeirlərlə bildirdilər, Azərbaycan bayrağına daim sadiq qalacaqlarına and içdilər, üçrəngli milli bayrağımızın tezliklə doğma Qarabağımızın səmasında dalğalanacağına əminlik ifadə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi