Şair-yazıçı Ələmdar Quluzadə və bədii qiraət ustası Ağalar Bayramovla görüş

“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə qabiliyyətinin inkişaf etdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması “ ilə bağlı Azərbaycan Respublikası Təhsil Naziri cənab Mikayıl Cabbarovun əmrinə əsasən 186 №-li tam orta məktəbdə silsilə tədbirlər keçirilir.11 aprel 2015-ci il tarixdə məktəbin akt zalında çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair–yazıçı Ələmdar Quluzadə və bədii qiraət ustası Ağalar Bayramovla görüş keçirildi.Görüşdə məktəb rəhbərliyi , bir qrup müəllim və şagirdlər , Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məmmədov , Pirallahı rayon İcra Hakimiyyətinin nümayəndəsi Rahil Məmmədov və V.Mustafazadə adına Mədəniyyət Mərkəzindən , rayonda fəaliyyət göstərən digər məktəblərdən nümayəndələr iştirak etmişlər.Tədbiri giriş sözü ilə məktəbin direktoru Arif Xankişiyev açaraq qonaqları salamladı və uzaq yol qət edərək Pirallahı rayonuna gəldikləri üçün onlara məktəbin kollektivi adında öz minnətdarlığını bildirdi.Məktəbin tərbiyə işləri üzrə dirktor müavini və tədbirin aparıcısı Həcər Ramazanova şairin həyat və yaradıcılığı ilə bağlı şagirdlərlə sual-cavab apardı , şairin yaradıcılığından qısa məlumatları şagirdlərin nəzərinə çatdırdı , sonra məktəblilər Ələmdar Quluzadənin Vətənə , Qarabağa həsr olunmuş şeirlərindən söylədilər , “Papaqçı” nağılından səhnəcik nümayiş etdirdilər. Məktəbin 6 b sinif şagirdi Elvira “Uzundərə “ rəqsini ifa etdi. Bədii qiraət ustası , hər kəsin sevimlisi Ağalar Bayramovun Ələmdar Quluzadənin yaradıcılığından bir-neçə şeiri ifa etməsi tədbir iştirakçılarında xoş təssürat yaratdı. Ümumi çıxışlardan sonra söz Ələmdar Quluzadəyə verildi , o da şagirdlərə öz tövsiyə və nəsihətlərini bildirdikdən sonra yaradıcılığındakı şeirlərindən bir-neçəsini söylədi.Sonda tədbirdə iştirak edən şagirdlərə Ələmdar Quluzadənin “Bulaq suyu “ kitabı hədiyyə olundu , şairlə və Ağalar Bayramovla xatirə şəkli çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi