"Mənim Bayrağım" adlı tədbir keçirilib

Məktəbdə bayraq həftəsi davam etdirilir. Növbəti tədbir zamanı 3 a sinif şagirdləri Dövlət bayrağımıza olan sevgilərini 9 Noyabr "Dövlət Bayrağı Günü" nə həsr etdikləri "Mənim Bayrağım" adlı keçirdikləri açıq sinif saatı ilə ifadə etdilər.Şagirdlər bayrağımıza , dövlətçiliyimizə həsr olunmuş bir-birindən maraqlı şeirlər, mahnılar söylədilər və kompazisiyalar nümayiş etdirdilər.Açıq sinif saatında məktəb rəhbərliyi, müəllimlər , 3 a sinfinin sinif müəllimi Çeşmazər Nəzirə və valideynlər iştirak etdilər.Tədbirdə diqqəti cəlb edən çıxışlardan biri də , tədbirin sonunda Dədə Qorqudun tədbirə gəlməsi və uşaqlara həmişə doğma vətənlərini sevmələrini, bayrağımızı qorumalarını, uca tutmalarını tövsiyə etməsi oldu.Dövlət bayrağına şagirdlərdə sevgi aşıladığı üçün 3 a sinfinin sinif rəhbəri Çeşmazər Nəzirəyə məktəbimizin kollektivi adından təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi