"Uşaq Hüquqlarının Pilləli Tədrisi “ ndə iştirak edən müəllim və şagirdlərimiz təltif edilib

Məlum olduğu kimi 20 noyabr 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası” qəbul olunmuşdur.Azərbaycan 2 Mart 1992-ci il tarixdə BMT-yə üzv olmuş, elə həmin ilin 21 iyul tarixində “Uşaq Hüquqları Konvensiyası” na qoşulmuşdur. BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 20 oktyabr - 20 noyabr 2016-cı il tarixlərində respublikamızda “Uşaq hüquqları” aylığı elan olunmuşdur.Aylıq çərçivəsində Bakı şəhəri, 186 №-li tam orta məktəbdə də uşaq hüquqlarının təbliği, təmini və müdafiəsi sahəsində bir çox tədbirlər həyata keçirilmiş və keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, mütəmadi olaraq sinif təşkilat saatlarında “Uşaq Hüquqları Konvensiyası” haqqında şagirdlərə məlumatlar verilmiş, öz hüquqları və hüquqlarını qorumaq yolları onlara öyrədilmişdir və öyrədilməsi davam etdirilir. Mütəmadi olaraq Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə dərsdən yayınan uşaqlarla və onların valideynləri ilə söhbətlər aparılmış, onların məktəbə cəlb edilməsində müvafiq tədbirlər görülmüşdür. 2015-2016-cı tədris ilində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü əsasında, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində həyata keçirilən “Uşaq Hüquqlarının Pilləli Tədrisi “ 186 №-li tam orta məktəbdə də baş tutmuş, tədris həftədə bir dəfə olmaqla, beş həftə davam etdirilmiş və yekun qiymətləndirməyə əsasən 04 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının əməkdaşları təlimdə iştirak etmiş müəllimlər və şagirdlərlə görüş keçirmiş ,sonda məktəb üzrə 73 şagird “Uşaq Hüquqlarının Pilləli Tədrisi “ kursunu müvəffəqiyyətlə bitirərək trenerlik bacarıqlarına yiyələndiklərinə görə sertifikatla, məktəbin direktoru Arif Xankişiyev, direktor müavini Həcər Ramazanova, Uşaq Birliyi Rəhbəri Aynur Rzayeva , ibtidai sinif müəllimi Həqiqət Nuriyeva “Uşaq Hüquqlarının Pilləli Tədrisi “ kursunun müvəffəqiyyətlə həyata keçirilməsində göstərdikləri fəallığa görə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Andro Şilakadze tərəfindən təsdiqlənmiş təşəkkürnamə ilə təltif edilmiş, onların hər birinə “Uşaq Hüquqları Konvensiyası” haqqında kitab hədiyyə edilmişdir. Məktəb kollektivi və valideynlər adından Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya və tədrisin keçirilməsində zəhməti keçən bütün əməkdaşlara təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi