Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən maarifləndirici tədbir keçirilib

Ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması və ondan səmərəli istifadə edilməsi sahəsində əhalini məlumatlandırmaq və maarifləndirmək məqsədilə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən müəssisələrdə, təhsil ocaqlarında, ictimai birliklərdə "Ətraf mühitin mühafizəsi hamımızın borcudur", "Yeni yaşıllıqların salınmasında və mühafizəsində gənc nəslin rolu", "Xəzər dənizinin mühafizəsi" mövzularında tədbirlər keçirilir.Növbəti tədbir 03 noyabr 2016-cı il tarixində məktəbin akt zalında baş tutdu.Tədbirdə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları- S.Teymurov, A.Bədəlov, E.Abdullayev, məktəbin direktoru A.Xankişiyev, direktor müavini H.Ramazanova , müəllimlər və IX-XI sinif şagirdləri iştirak etdilər.Tədbir zamanı Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları məruzələrlə çıxış etdilər, şagirdləri maarifləndirəcək fotolar nümayiş etdirdilər, şagirdləri maraqlandıran sualları cavablandırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi