“İstedad sorağında” adlı müsabiqə keçirilib

28 oktyabr 2016-cı il tarixdə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “İstedad sorağında” adlı tədbir keçirilmişdir. Tədbirdə müəllimlər, şagirdlər, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin direktoru Afət İbrahimova çıxış edərək bildirmişdir ki, “İstedad sorağında” tədbirin əsas məqsədi yeniyetmələrin gizli qalan və kəşf edilməmiş bacarıqlarının aşkar edilməsidir. Tədbir gənclərin bacarıqlarının və potensial imkanlarının üzrə çıxarılmasında xidmət edəcəkdir. Bu sahədə gənclər öz bacarıqlarını bir daha təsdiqləmiş olacaqlar ki, bu da onların gələcək fəaliyyətlərinə müsbət təsir göstərəcəkdir. Müsabiqə iştirakçıları öz bacarıq və istedadlarını nümayiş etdirərək maraqlı və rəngarəng çıxışlar etmişdilər.Müsabiqədə məktəbimizin şagirdləri ümumilikdə dörd nominasiya- bədii qirat, səhnəcik, rəsm və rəqs üzrə uğurlu çıxış edərək fəxri fərmanla təltif edilmişlər.Məktəb kollektivi adından şagirdlərimizin hər birini təbrik edir, uğurlarının davamını arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi