“Şəhidlər ölməz, Vətən bölünməz!”

Ulu öndər H.Ə.Əliyev öz nitqlərində və çıxışlarında təhsil işçilərinin qarşısında mühüm və təxirəsalınmaz vəzifələr qoymuş ,onlardan tələb etmişdir ki ,bütün qüvvə , bacarıqlarını doğma vətənə sədaqətli , vətənpərvər , hərtərəfli inkişaf etmiş , müstəqilliyimizi , dövlətçiliyimizi göz bəbəyi kimi qorumağa hazır olan nəsil kimi yetişdirilməsinə sərf etsinlər. Öz şagirdlərimizi vətənpərvərlik ruhunda tərbiyələndirmək biz təhsil işçilərinin ilk öncə vətəndaşlıq ,sonra vəzifə borcudur.Biz hər birimiz çalışmalıyıq ki ,tədris etdiyimiz fəndən asılı olmayaraq vətənə məhəbbət hissi aşılayaq. 07 aprel 2015-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Namiq Hüseynov , Mehdi Bünyadov və 186 №-li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanovanın birgə təşkilatçılığı ilə V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin lektoriya zalında Milli Qəhrəmanların tanıtımı ilə əlaqədar “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Qarabağ müharibəsi Veteranları, Əlilləri və Şəhid ailələri İctimai Birliyinin Pirallahı rayon şöbəsinin üzvləri , rayonun ümumtəhsil müəssisələrinin pedoloji heyəti və yuxarı sinif şagirdləri iştirak etmişdilər. Tədbirdən əvvəl iştirakçılar Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının fotolarını və onlara həsr edilmiş kitabları əks etdirən sərgiyə tamaşa etdilər.Tədbirdə çıxış edən RİH-nin məsul əməkdaşları Namiq Hüseynov , Mehdi Bünyadov, Qarabağ müharibəsi iştirakçısı Nemət Cabbarov məktəblilərə əsl vətənpərvər ruhda böyümələrini və Vətənə layiqli övlad olmalarını arzu etdilər.Məktəbimizin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova öz çıxışında 1990-cı ilin 15 dekabrında Xocalı rayonunun Cəmilli kəndində şəhid olaraq Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş Mikayıl Əhmədiyyə oğlu Cəbrayılovun , 1992-ci ilin 28 yanvarında şəhid olaraq Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülən Şakir Şamil oğlu Salahovun və elə həmin vaxtda şəhid olan Vaqif Əliş oğlu Cavadovun şagirdlərə nümunə olacaq qəhrəmanlıqlarından ətraflı danışmışdır. Məktəbimizin şagirdləri mövzuya aid ədəbi-bədii kompozisiya nümayiş etdirmiş , vətənpərvərlik mövzusunda şeir və mahnı söyləmişlər. Sonda iştirakçılara Milli Qəhrəman Mübariz İbrahimov haqqında videoçarx nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi