Bakı Ekspo Mərkəzində 10-cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçirilir

7 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 10-cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil sərgisi öz işinə başladı.Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və “MBA” proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunur. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsil haqqı və yaşayış yerləri kimi məsələlər xüsusunda onları maraqlandıran suallar vermək, eləcə də ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmalarını, habelə digər məsələləri öyrənmək imkanına malik olacaqlar.7-8 oktyabr tarixlərində Təhsil sərgisində məktəbin direktoru Arif Xankişiyev, direktor müavinləri, bir qrup 9-11-ci sinif şagirdləri və onların sinif rəhbərləri, valideynlər iştirak etdi.Təhsil sərgisi 9 oktyabrda da öz işini davam etdirəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi