Müəllim, ucadan ucadır adın!

05 oktyabr 2016-cı il tarixdə məktəbin Həmkərlar Təşkilatının sədri Bəsirə Babayevanın təşkilatçılığı ilə 05 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirildi.Tədbirdə çıxış edənlər müəllimlik sənətinin çətin və şərəfli olmasından söz açaraq məktəb kollektivinin simasında bütün müəllim heyətinə can sağlığı, möhkəm səbir və işlərində uğurlar arzuladılar.Məktəbin 5 a sinif şagirdləri öz musiqi , mahnı töhfələri , rəqslərinin nümayişi ilə müəllimləri təbrik etdilər.Məktəbin ingilis dili müəllimi Məquzər Quliyeva, informatika müəllimi Aygün Babayeva və musiqi müəllimi Şəhriyar Zeynalov öz musiqi nömrələri ilə müəllimləri feyzyab etdilər.Biz də məktəb rəhbərliyi olaraq Həmkərlar Təşkilatının sədri Bəsirə Babayevaya və bayram tədbirində zəhməti keçən hər kəsə təşəkkür edirik.Bayramınız mübarək, əziz müəllimlər!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi