Sən sahibkarsan

Rusiya Fedarasiyaının Tiinrieyinz Kommunikasiya Agentliyi tərəfindən gənclər arasında sahibkarlığın təbliği məqsədi ilə "Sən sahibkarsan" layihəsi şərçivəsində 1 aprel- 30 may tarixlərdə Rusiyanın ümumi və orta ixtisas təhsili müəssisələrində "Vahid dərs" keçirilmişdir.Təhsil Nazirliyindən ünvanlanmış məktubda həmin layihənin ölkəmizin ümumtəhsil müəssisələrində keçirilməsinin sahibkarlıq təfəkkürünün formalaşmasına müsbət təsir edəcəyi qeyd edilmişdir. Məktəbimizdə də 30 sentyabr 2016-cı il tarixdə "Sən sahibkarsan " adlı layihə əsasında məktəbin rus dili və ədəbiyyatı müəllimi , sahibkar qadın Cəbrailova İnnanın təqdimatında “Vahid dərs” keçirilib.Dərsdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova , informatika müəllimi Sevinc Məmmədova və rus bölməsinin V-IX sinif şagirdləri iştirak etdi.Dərs zamanı İnna müəllimə şagirdləri slaydlar vasitəsilə sahibkarlıq haqqında məlumatlandırdı, uşaqları maraqlandıran suallara cavab verdi, mövzu ilə bağlı testlər həll etdirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi