21 Sentyabr “Beynəlxalq sülh günü” münasibətilə tədbir keçirilib

21 Sentyabr “Beynəlxalq sülh günü” münasibətilə məktəbİimizdə müxtəlif adda tədbirlər keçirilmişdir.Belə ki, 16-21 sentyabr 2016-ci il tarixlərində “Sülh naminə birləşək!” mövzusunda şagirdlərin əl işlərindən və müxtəlif fotolardan ibarət sərgi, sinif təşkilatı saatlarında 1) "Sülh deyəndə nə başa düşürsünüz?" , 2) "Sülh istəyirsiniz, ya müharibə?" ,3) "Sülhü necə bərqarar etmək olar?",4) "Sülh haqqında hansı əsərləri oxumusunuz?", 5) "Sülh quşu hansı quşdur?" ,6) "Hansı sülhməramlı beynəlxalq təşkilatları tanıyırsınız?" mövzularında söhbətlər, 21.09.2016 -cı il tarixdə “Yurdda sülh, cahanda sülh!” mövzusunda məktəbin VII b sinif şagirdlərinin ifasında tədbir keçirildi.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları Rauf Əliyev , Seymur Yusibov , məktəbin direktoru Arif Xankişiyev , müəllimlər və VII-IX sinif şagirdləri iştirak etdi.Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rauf Əliyev əbədi mövzu olan sülh mövzusunu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi. Həmçinin o, çıxışında qeyd etdi ki, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail olaraq, dövlətimizin sülh arzusunu ifadə etdi. Bu gün qüdrətli və güclü Orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür. Tədbirdə çıxış edən məktəbin direktoru Arif Xankişiyev qeyd etdi ki, hər il ənənəvi olaraq respublikamızda “Beynəlxalq Sülh Günü” ərəfəsində, 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilir və bu aylıq çərçivəsində müxtəlif maarifləndirici tədbirlər təşkil olunur. Bu aylıq çərçivəsində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər təşkil edilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi