"Bilik günü" münasibətilə tədbir keçirildi

15 sentyabr 2016-cı il tarixində Azərbaycanın bütün ümumtəhsil məktəblərində olduğu kimi 186 №-li tam orta məktəbdə də "Bilik günü" münasibətilə tədbir keçirildi.Tədbirdə Pirallahı rayon İcra Hakimiyyətinin əməkdaşları, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.2016-2017-ci tədris ilində məktəbin 1-ci sinfinə ümumilikdə 64 şagird qəbul edilmişdir.Tədbirdə çıxış edənlər keçən tədris ilində qazanılan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışaraq, " Bilik günü " münasibətilə müəllim və şagirdləri təbrik etdilər, təhsilə göstərilən Dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. Üçrəngli Azərbaycan bayrağının işğal altında olan ümumtəhsil məktəblərində dalğalanması arzusu ilə hamıya uğurlar!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi