“Narkomaniya ümumbəşəri bəladır” və  "Erkən nikahın fəsadları “

“Narkomaniya ümumbəşəri bəladır” və  "Erkən nikahın fəsadları “ mövzularında noyabr ayının 18-də keçirilən seminarda Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini polkovnik-leytenant Elman Kazımov, məktəb rəhbərliyi və IX-XI  sinif şagirdləri iştirak etdilər. Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Elman Kazımov öz çıxışında qeyd etdi ki, Azərbaycanda bu problemin həlli istiqamətində ardıcıl və genişmiqyaslı işlər həyata keçirilir. Bildirdi ki, bizim ümummilli liderimiz Heydər Əliyev bu təhlükəni görüb ona qarşı mübarizə işini dövlət səviyyəsinə qaldıraraq, 1996-ci ildə Dövlət Komissiyası yaratmışdır. Bu gün Ulu öndər Heydər Əliyev kursunu onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir.Elman Kazımov erkən nikahın törətdiyi fəsadlardan da danışaraq , şagirdlərə yaxşı təhsil almağı, düzgün həyat tərzi keçirməyi tövsiyə etdi.Məktəbin direktoru Şakir Mikayılov  öz çıxışında ilk öncə, belə aktual bir mövzularda maarifləndirici seminar təşkil etdikləri üçün Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini polkovnik-leytenant Elman Kazımova öz minnətdarlığını bildirərək qeyd etdi  ki, narkomaniya xəstəliyinin bütün insanları cənginə almaması üçün beynəlxalq təcrübədə əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün, səmərəli aparılması çox vacibdir. Tədbirdə çıxış edənlər narkomaniyaya qarşı mübarizədən, onun qanunsuz dövriyyəsinin qarşısının alınmasından, orta məktəb şagirdlərinin maarifləndirilməsi işinin təkmilləşdirilməsindən ətraflı danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi