12 Noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günüdür

     12 noyabr 2021-ci il tarixində məktəbin tarix müəllimləri Nailə Əliyeva və Anjelika Surxayevanın təşkilatçılığı ilə 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibətilə tədbir keçirilmişdir.

      Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları,  məktəb rəhbərliyi,  müəllimlər və şagirdlər iştirak  etdilər. Tədbir  Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə açıq elan edildi.Azərbaycanın ərazi bütövlüyü uğrunda ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Tədbirdə çıxış edən məktəbin tarix müəllimi Nailə Əliyeva müstəqil Azərbaycanın əsas qanunu – 12 noyabr Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu günlə əlaqədar tədbir iştirakçılarını təbrik etdi, bu hadisənin Ulu Öndərin Azərbaycan xalqına və dövlətçiliyinə göstərdiyi tarixi xidmətlərdən biri olduğunu vurğuladı. Bildirildi ki, ulu öndər Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə umummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Bu il müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 26 ili tamam olur. Ümumxalq referendumu əsasında qəbul edilmiş Konstitusiya qabaqcıl dünya təcrübəsinə, qanun yaradıcılığı prinsiplərinə, çoxəsrlik dövlətçilik ənənələrimizə əsaslanır. Ümummilli liderimiz Heydər Əliyevin yaradıcısı olduğu, milli və ümumbəşəri dəyərləri özündə əks etdirən bu sənəd haqlı olaraq hər bir azərbaycanlıda, bütün vətəndaşlarımızda qürur və iftixar hissi doğurur.

   Şagirdər vətənpərvərliyə həsr edilmiş şeir və mahnılar ifa etdilər. 

   Tədbirin sonunda şagirdlərlə sual-cavab aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi