Müəllim və şagirdlər II Fəxri xiyabanı və Hərbi Qənimətlər Parkını ziyarət ediblər

    27 sentyabrda başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Ordusu Ali Baş Komandan cənab Ilham Əliyevin rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi.44 gün ərzində Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümayiş etdirdi. Qarabağ zəfərinə aparan yolda Azərbaycan düşməni ağır məğlubiyyətə uğradarkən itkilərimiz də oldu. "Zəfər Günü" bayramı çərçivəsində, 06-07 noyabr 2021-ci il tarixində məktəbin bir qrup müəllim və şagird heyəti ilk öncə qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə  II Fəxri xiyabanı, sonra isə Azərbaycan xalqı və dost ölkələr üçün qürur yeri olan Hərbi Qənimətlər Parkını ziyarət ediblər.Qənimətlər Parkının hər bir elementi Azərbaycan əsgərinin 44 günlük müharibə zamanı qələbə əldə etmək üçün rəşadət göstərdiyini əks etdirir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi