8 Noyabr -Zəfər Günü münasibətilə "Qarabağ Azərbaycandır!" adlı tədbir keçirilib

    Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son illərdə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

     05 noyabr 2021-ci il tarixində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 03 dekabr tarixli Sərəncamına əsasən “08 Noyabr - Zəfər Günü” bütün ölkə ərazisində olduğu kimi,  məktəbdə də təntənəli şəkildə qeyd olundu. Dövlət himninin səsləndirilməsi  və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə məktəbin direktoru Şakir Mikayılov, tərbiyə işləri üzrə direktor müavini Həcər Ramqazanova, Vətən Müharibəsinin qəhrəman şəhidləri, məktəbin məzunları baş leytenant Vüsal Babayevin anası Əntiqə Babayeva, əsgər Elmar Nəbiyevin anası Çiçək Nəbiyeva çıxış etdi.

  Tədbir şagirdlər  tərəfindən hazırlanan mahnı, şeir və kompozisiyalarla   sona çatdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi