Vətən müharibəsi şəhidləri- məktəbin 2010-cu il məzunu baş leytenant Vüsal Babayev və 2018-ci il əsgər Elmar Nəbiyevin xatirə lövhəsinin açılış mərasimi

       Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.
Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi. 

     Həm I Qarabağ müharibəsində, həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində məktəbimizin məzunları qəhrəmanlıq göstərərək ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalmışlar.

       05 noyabr 2021-ci il tarixində Vətən müharibəsi şəhidləri- məktəbin 2010-cu il məzunu baş leytenant Vüsal Babayev və əsgər Elmar Nəbiyevin xatirə lövhəsinin açılış mərasimi olub.Açılış mərasimində hər iki şəhidimizin ailə üzvləri, Pirallahı Rayon İcra Hakimiyyətinin və Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin əməkdaşları, müəllim və şagirdlər iştirak etmişlər.

     Allah bütün şəhidlərimizə rəhmət etsin, ailələrinə səbir versin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi