“Uşaq Hüquqları Aylığı”

     Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 20 oktyabr - 20 noyabr tarixlərində ölkəmizdə ənənəvi “Uşaq Hüquqları Aylığı” elan edilib.

    Müvəkkil bununla bağlı müraciətində uşaq hüquqlarının təmini, təbliği və müdafiəsi ilə məşğul olan hər bir qurumu aylığa qoşulmağa dəvət edib, xüsusi karantin qaydalarına əməl etməklə uşaqlarla bağlı təşkil olunacaq bütün tədbirlərdə onların birbaşa iştirakını təmin etməyə çağırıb.

    Bu aylıq çərçivəsində uşaq hüquqları üzrə maarifləndirmə işinin gücləndirilməsi, bu sahədə biliklərin daha da təkmilləşdirilməsi məqsədilə Ombudsman Aparatı tərəfindən tədbirlərə start verilib.

    Belə ki, 29.10.2021-ci il tarixində Bakı şəhəri Pirallahı rayonu 243,168,231,186 nömrəli tam orta məktəbin bir qrup şagird və müəllim heyəti üçün onlayn formada təlim təşkil edilib. Təlim zamanı Aparatın Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı İlahə Əfqanlı təqdimatla çıxış edərək, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, uşaqların istismardan və ayrı-seçkilikdən müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə üsulları, məişət zorakılığı və erkən evliliyin fəsadları, uşaqların internet təhlükəsizliyi barədə şagirdlərə ətraflı məlumat verib. Bununla yanaşı, görüşdə uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində Ombudsman təsisatı tərəfindən görülən işlər, 916 nömrəli Çağrı Mərkəzi haqqında məlumat diqqətə çatdırılıb.

      İnteraktiv formada keçirilən təlim zamanı uşaqlar xüsusi fəallıq göstərərək öz fikirlərini bölüşüblər, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi