31 Mart - Azərbaycanlıların soyqırımı günüdür!

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.Azərbyacanın hər yerində olduğu kimi Pirallahı rayonunda da "31 Mart - Azərbaycanlıların soyqırımı günü " nə həsr edilmiş anım mərasimi keçirilmişdir. Anım mərasimində məktəbimizin kollektivi fəal iştirak etmişdir.Belə ki, məktəbin tarix müəllimi mərasimdə çıxış etmiş, şagirdlərdən - X b sinif şagirdi Əsgərov Ceyhun , Mehrəliyeva Lalə vətənpərvərlik mövzusunda şeirlər söyləmiş, X a sinif şagirdləri Fərziyev Şükür , İsgəndərov Mayis , VIII a sinif şagirdləri Mustafayev Kamran, Nəbizadə Vaqif və VII a sinif şagirdi Novruzlu Aysel şair-yazıçı Ələmdar Quluzadənin " Papaqçı" əsərini səhnələşdirmiş, IX a sinif şagirdləri Əsgərova Azadə , Alyarova Günel və X b sinif şagirdi Əsgərov Ceyhun Günel Zeynalovanın " Biz iki dövlət, bir millətik!" mahnısını ifa etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi