Qubadlının işğaldan azad olunmasından 1 il ötür

     

   Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.

       Bu gün-25 oktyabr 2021-ci iltarixində məktəbin riyaziyyat müəllimləri Bəsirə Babayeva, Aygün Babayevanın birgə  təşkilatçılığı, 7 a və 7 b siniflərinin iştirakı ilə Qubadlının işğaldan azad edilməsi münasibətilə tədbir keçirilmişdir.

      Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə açıq elan edilmişdir.Sonra Qubadlının, Qarabağımızın azadlığı sevincini bizə yaşadan şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilmişdir.Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər və mahnılar söyləmişlər.Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, əslən Qubadlıdan olan Mehriban Dünyamalıyeva öz sevinc hissini tədbir iştirakçıları ilə bölüşmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi