Qürur hissi ilə anırıq!

      25 oktyabr 2021-ci il tarixində məktəbin 2010-cu il məzunu, fəxrimiz, oxuduğu müddətdə təlim-tərbiyəsi, davranışı ilə seçilən, sevilən Vətən Müharibəsi şəhidi, baş leytenant Vüsal Babayevin anım mərasimi keçirilib.Anım mərasimi baş leytenant Vüsal Babayevin adını daşıyan 9 a sinfində baş tutmuşdur.Mərasimdə ilk öncə şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilmişdir.Şagirdlər şəhidlərə həsr edilmiş şeirlər ifa etmişlər.9 a sinfinin sinif rəhbəri, həm də 5-11-ci siniflərdə Vüsal Babayevin sinif rəhbəri olmuş Əsli İsgəndərova öz çıxışında Vüsal Babayevlə bağlı xatirələrini bölüşmüş, onun hər kəsə nümunə olacaq bir şagird olduğunu bildirmişdir.

    Sinif otağında məktəbin qəhrəman məzunun adına guşə yaradılmışdır.

     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi