Vətən müharibəsi şəhidi Nəbiyev Elmar Elman oğlunun anım mərasimi keçirildi

     16 oktyabr 2021-ci il tarixində Pirallahı rayonunda 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, məktəbin 2018-ci il məzunu  əsgər Nəbiyev Elmar Elman oğlunun il mərasimi keçirilib.
     Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, millət vəkili Rauf Əliyevin, RİH başçısı aparatının əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbir şəhidin məzarının ziyarət olunması ilə başlayıb. Şəhidin məzarı önünə əklillər qoyulub, çiçəklər düzülüb və dualar oxunub. Daha sonra şəhidimizin  keçdiyi döyüş yolundan danışılaraq vurğulanıb ki, hər bir şəhidimizin həyat yolu, vətənpərvərliyi, şücaəti gənc nəslin tərbiyəsində bir nümunədir.
Tədbir zamanı məktəbin  şagirdləri vətənpərvərlik şeirləri ilə çıxış etmiş, şəhid Elmar Nəbiyevin sinif rəhbəri Rəna Mustafayeva şəhid məzunumuzla bağlı öz xatirələrini mərasim iştirakçıları ilə bölüşmüşdür.
Allah bütün şəhidlərimizə rəhmət etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi